Əyalətmedia.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub, Xətai Rayon Məhkəməsinin hökmü dəyişdirilib. İlyas İlyaslıya 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.İttihama görə, İlyas İlyaslı 2024-2025-ci illərdə Bakıda MMC-lərin birində aparıcı mühasib vəzifəsində işləyib və maddi-məsul şəxs olub. O, həmin vəzifədən və şirkətin maliyyə hesablarına çıxış imkanından istifadə edərək, əmək haqqından əlavə müxtəlif məbləğlərdə pul vəsaitlərini ayrı-ayrı bank kartlarına köçürüb və sonradan həmin vəsaitləri nağdlaşdırmaqla mənimsəyib.
İş materiallarında qeyd olunur ki, İlyas İlyaslı müxtəlif kart hesablarına köçürdüyü vəsaitləri Bakı şəhərinin Yasamal, Xətai və Binəqədi rayonlarında yerləşən bankomatlar vasitəsilə nağdlaşdırıb.Bundan başqa, vəsaitlərin bir hissəsi digər şəxsin mobil nömrəsi ilə qeydiyyata alınmış “M10” elektron pul kisəsinə, bir hissəsi isə öz adına olan “M10” elektron pul kisəsinə və bank kartına köçürülüb.
İttihama görə, qalan 5 170,40 manat məbləğində vəsaiti isə İlyaslı onlayn oyun platformalarında mərclərə sərf edib və həmin mərclər uğursuz nəticələnib.
Beləliklə, ittiham olunan hər iki epizod üzrə mənimsənildiyi bildirilən pul vəsaitlərinin ümumi məbləği 39 279,18 manat təşkil edib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə İlyas İlyaslıya 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Bu gün, 10:42 
























