Köməksiz qalan iki nəfər xilas edildi - Video
6-10-2022, 14:40
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış olub.FHN-in Mətbuat Xidmətindən "Əyalətmedia.az"a verilən məlumata görə, 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib.
Xəbəri paylaş



























