Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiri imiş

 
12-10-2022, 11:17            74 dəfə baxılıb
Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.
“Əyalətmedia.az”ın əldə etdiyi məlumata görə, dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.
Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub



Xəbəri paylaş


 
 


Xəbər lenti