Qəzaya düşən müəllim və şagirdlərlə bağlı - İlk rəsmi açıqlama+Vİdeo

 
13-06-2022, 11:28            90 dəfə baxılıb
“Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib”.
əyalətmedia.az xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.
O bildirib ki, ilkin məlumata görə, ağır xəsarət alanların olmadığı bildirilir.
Şamaxıdakı avtobus qəzasında yaralananların siyahısı
“Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Məktəb rəhbərliyinin verdiyi məlumatda əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.” - B. Məmmədov əlavə edib. 










Xəbəri paylaş


 
 


Xəbər lenti