İki nazirlik birgə yanğın-taktiki təlim keçirəcək
31-05-2022, 14:05 57 dəfə baxılıb
Bu gün saat 15:00-da Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında yanğın-taktiki təlim keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə məlumat yayıb.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd yanğın təhlükəsizliyinin təmin edilməsi və yanğınlarla mübarizə üzrə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə hallar, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkar hazırlığının daha da artırılmasıdır.

Xəbəri paylaş