27 yaşlı qız özünü binadan atdı
16-06-2022, 13:03
Bakıda gənc qız intihar edib.“Əyalətmedia.az” xəbər verir ki, hadisə iyunun 15-də saat 20:00 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən çoxmərtəbəli binada qeydə alınıb.
İlkin araşdırmalar nəticəsində vəfat edən qadının həmin binada yaşayan, 1995-ci il təvəllüdlü Günay Şükürova olması müəyyən edilib.
İntihar faktı ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş



























