Tələbələrdən 3-5 min manat rüşvət tələb edən müəllim işdən çıxarıldı
20-06-2022, 14:10
Tələbələrdən 3-5 min manat rüşvət tələb etməkdə ittiham olunan BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən azad olunub. Bu barədə “Əyalətmedia.az”a universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Xəbəri paylaş



























