Bakıda iş adamına qarşı yarım milyonluq dələduzluq

 
21-06-2022, 14:50            63 dəfə baxılıb
Bakıda iş adamına qarşı 502 min manatlıq dələduzluq etdiyi bildirilən şəxsə cinayət işi açılıb.
“Əyalətmedia.az”ın əldə etdiyi məlumata görə, tikinti materiallarının satışı ilə məşğul olan 1968-ci il təvəllüdlü Yavər Seyidovun müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Minavəddin Əbdürəhimov adlı şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb.
İlkin araşdırmalar zamanı onun iş adamına məxsus 502 min manatlıq mal və məhsulları ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl Y.Seyidov mətbuata da müraciət edərək M.Əbdürrəhimov tərəfindən dələduzluğa məruz qaldığını bildirmişdi



Xəbəri paylaş


 
 


Xəbər lenti