Tanınmış alimi maşınla vuran Azər Maqsudov imiş

 
16-11-2023, 14:08            123 dəfə baxılıb
Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər Xəzər rayon Şağan qəsəbə sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi 90 DR 808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini, 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.Məlumatı Bakı ŞBPİ-nin DYP İdarəsindən saytımıza təsdiq ediblər.
Qeyd edək ki, avtomobili idarə edən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir. Hadisə o, evə gedərkən baş verib.



Xəbəri paylaş


 
 


Xəbər lenti