Respublika Perinatal Mərkəzində güclü yanğın olub

 
9-01-2024, 10:51           
Respublika Perinatal Mərkəzində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Qeyd edək ki, yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.
Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub. Hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

Məqaləyə dair fotomateriallar:
















Xəbəri paylaş


 
 


Xəbər lenti