Qorxmaz Hüseynovun klinikasından maddi və mənəvi ziyan tələb edilir

 
15-03-2024, 14:12            98 dəfə baxılıb
“Diaqnoz Tibb Mərkəzi” məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, tibb klinikası barəsində Xətai Rayon Məhkəməsinə şikayət edilib.
Şıxaliyev Tural Fəxrəddin oğlu “Diaqnoz Tibb Mərkəzi” MMC rəhbərliyi ilə bərabər, klinikanın 2015-ci ildən radiologiya şöbəsində həkim-radioloq vəzifəsində çalışan Mirzəyev Aydın Hakim oğlu barəsində iddia qaldırıb.

İddiada “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələb edilir.

İş Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatındadır.

Qeyd edək ki, “Diaqnoz Tibb Mərkəzi”nin qanuni təmsilçisi Cəbrayılov Namiq Cidalı oğludur. Namiq Cəbrayılov “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qaynıdır. Namiq Cəbrayılovun adına bir neçə şirkət var. Onun bir qardaşı Natiq Cəbrayılov Bakı Su Kanal İdarəsində, digər bir qardaşı Nurəli Cəbrayılov isə “Azərsu” Su-Tikinti İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Ümumilikdə isə qardaşların adına olan bütün şirkətlərin Qorxmaz Hüseynova məxsus olduğu deyilir.

 Paylaş
 




Xəbəri paylaş


 
 


Xəbər lenti