Bakıda vəzifəli qadını evdə döyərək girov saxlayan şəxsdən xəbər var
30-04-2024, 10:51 178 dəfə baxılıb
Bakının Binəqədi rayonunda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin əməkdaşı olan 1972-ci il təvəllüdlü qadını evə salaraq dəfələrlə zorlayan və saatlarla döyərək girov saxlayan 1982-ci il təvəllüdlü Şamo Rəsulovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 22-nə təyin edilib.
Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Mühasib işləyən və mənzillərdən kommunal ödənişləri yığan Məleykə Qəmbərovanı (şərti ad-soyadlı) zorlayan şəxs barəsində Cinayət Məcəlləsinin 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci, 150.2.4-cü və 150.2.5-ci (zorlama, seksual xarakterli zorakılıq əməlləri, qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, noyabrın 29-da günorta saatlarında Məleykə Binəqədi rayonu Cəfər Cabbarlı küçəsində işi ilə bağlı ödənişləri yığanda Şamonun kirayə yaşadığı evin qapısını döyüb. Əvvəllər zorlama, quldurluq, oğurluq kimi cinayətlərə görə həbsdə olan Şamo bu zaman qapını açıb. O, Məleykəyə arvadını qeyrət üstündə öldürüb türməyə düşdüyünü, həbsdən yeni çıxdığını, ödəniş etməyəcəyini deyib, daha sonra isə qadının zolundan tutaraq zorla mənzilə salıb. Onu öldürəcəyi hədəsi ilə mühasib qadını soyunduran Şamo onu dəfələrlə zorlayıb, həmçinin digər otaqda olan qaynına da evə zorla aldığı qadınla cinsi əlaqədə olmağı təklif edib. Bu müddət ərzində o, qadını evdə bağlı qapı arxasında saxlayaraq marketdən spirtli içki və yeməklər alıb. Evə qayıdan Şamo qadını onunla birgə yeyib içməyə məcbur edib. Daha sonra o, Məleykəyə qarşı təcavüzünü davam etdirib. Şamonun Sərxoş halda olub yuxulamasından istifadə edən qadın daha sonra telefonu gizli götürərək iş yoldaşına mesaj yazaraq girov saxlanıldığını, başına iş gəldiyini deyib və olduğu ünvanı göndərib.
Bundan sonra evə gələn şəxslər Şamodan qapını açmasını tələb ediblər, lakin o, qapını açmayıb. Yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra qapı linglə açılıb və gecə saat 23 radələrində qadını azad etmək mümkün olub. Hadisədən dərhal sonra Şamo Rəsulov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş