Şəmkirdə toya gələn qonaq bıçaqlandı: saxlanılan var
3-06-2024, 11:45 151 dəfə baxılıb
Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Əyalətmedia.az-ın Report-a istinadən məlumatına görə, Şəmkir rayonunda keçirilən toy mərasimlərinin birində mübahisə davaya səbəb olub.
Bu zaman qonaqlardan birinə bıçaqla xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.
Onun kimliyi və mübahisənin səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkir rayonunda toyda bıçaq xəsarəti alanın kimliyi məlum olub.
Mübahisə zəminində bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü M.Zeynalovdur.
Onun vəziyyəti kafi qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun qəsəbəsinin sakini 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici-deşici alətlə çiyin nahiyəsinin daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalarla M.Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş