“Bolmart”ın işçilərinin zəhərlənmə səbəbi məlum oldu
4-07-2022, 12:55
Ötən gün saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Bolmart" supermarketində baş vermiş kütləvi zəhərlənmənin səbəbi məlum olub."Əyalətmedia.az"ın əldə etdiyi məlumata görə, Səməd Vurğun küçəsi: 79 D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikiliyə dünən vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin havalandırma sistemi ilə sovrulub və marketin salonuna ötürülüb. Nəticədə supermarketdə olan 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin supermarketin işçisi olan digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Xəbəri paylaş



























