Şəmkirdə 18 yaşlı qız bıçaqlandı

 
22-07-2024, 11:28            99 dəfə baxılıb
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. 
Əyalətmedia.az  xəbər verir ki, hadisə rayonun Şəhərcik adlanan yaşayış massivində qeydə alınıb.
2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş


 
 


Xəbər lenti