Daha bir kütləvi zəhərlənmə - 8 qadın xəstəxanaya aparılıb
4-07-2022, 14:20
Saatlı rayonunda kütləvi zəhərlənmə olub.“Əyalətmedia.az” xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Xəbəri paylaş



























