Qəribovun qalmaqal yaradan oğlu seçkiyə buraxılmadı – Kürdəmirin deputatı dəyişməyəcək
13-08-2024, 11:27 118 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etmək istəyənlər arasında keçmiş deputat, ləğv olunmuş “Debüt Bank”-ın mərhum sədri Fərhad Qəribovun oğlu Rəşad Qəribov da olub. Hətta onun namizədliyinin qeydə alınmasıyla bağlı problem yaradıldığı üçün Kürdəmirdə qalmaqal yaratdığı məlum olmuşdu.
Rayonda biznesi və çoxlu sayda qohum-əqrəbası olan R. Qəribov 62 saylı seçki dairəsindən bitərəf kimi namizədliyini irəli sürmüş və qısa müddətdə imzaları, digər sənədlərini DSK-ya təqdim etmişdi. Amma komissiya sədri sənədləri qəbul etmədiyindən Rəşad Qəribov təxminən 300 nəfər işçilərini və qohumlarını seçki komissiyasının ətrafına toplayaraq, etiraz təşkil etmişdi. Əraziyə polis əməkdaşları cəlb ediləndən sonra toplaşanlar dağılışmışdı.
“AzPolitika” xəbər verir ki, MSK-nın 62 saylı dairədən namizədliyini qeydə aldığı şəxslər arasında R.Qəribovun adı yoxdur. Bu, o deməkdir ki, bütün səylərinə baxmayaraq, R.Qəribov vaxtilə atasının deputat olduğu dairədən nəinki deputat, heç namizəd də ola bilməyib.
Əvəzində, bu dairədən seçkiyə buraxılanların siyahısına baxsaq, əminlik yaranır ki, bu dəfə də Kürdəmiri bitərəf kimi qeydiyyatdan keçən deputat Əminə Ağazadə təmsil edəcək.
Dairədən Ə.Ağazadədən başqa 6 nəfərin namizədliyi qeydə alınıb ki, onların da üçü (YAP-ın namizədi də daxil olmaqla) orta məktəb müəllimi, biri muzey işçisi, biri isə pensiyaçıdır…

Xəbəri paylaş