İşlədiyi kafenin sahibini 23 bıçaq zərbəsi ilə öldürən tələbə ilə bağlı QƏRAR

 
23-08-2024, 12:37            107 dəfə baxılıb
Gəncədə qətl hadisəsi törətməkdə təqsirləndirilən Samir Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: Hadisə 27 iyun 2023-cü il tarixdə saat 01 radələrində Gəncənin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib. Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini S.Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib. Nəticədə kafenin sahibi hadisə yerində ölüb. Tələbə olan S.Hüseynov kafedə müvəqqəti günəmuzd işləyirmiş. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi üzrə ittiham elan edilib. İttihama görə, S.Hüseynov mərhuma ümumilikdə 23 ədəd deşilmiş-kəsilmiş yara bədən xəsarətləri yetirib.



Xəbəri paylaş


 
 


Xəbər lenti