“Emin 444”ün qisasını almaq üçün dünya çempionunu öldürən oğlandan yeni xəbər

 
7-07-2022, 14:08            67 dəfə baxılıb
“Emin 444” ləqəbli kriminal avtoritetin qisasını almaq üçün adam öldürən 2000-ci il təvəllüdlü Samir Şirəliyevlə bağlı istinaq tamamlanıb.
"Əyalətmedia.az" xəbər verir ki, onun cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Toplanmış sübutlar əsasında Samir Şirəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Habil Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıb. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilib. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.
Xəbəri rus dilində oxuyun: Подробности убийства продавщицы - Свадьба приостановлена
Завтра в районах пойдут дожди
Bu il martın 14-də isə "Emin-444"ün xalası oğlu Samir Şirəliyev qohumun qisasını almaq qərarına gəlib. O, Binəqədi rayonunda yerləşən “Qardaşlar” marketdə 1984-cü il təvəllüdlü Zaur Yusifovu odlu silahdan atəş açaraq qəsdən öldürüb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.
Fotoda: marketdə qətldən sonra

Fotoda: Zaur Yusifov 










Xəbəri paylaş


 
 


Xəbər lenti