Məişət zorakılığı törədənlər cinayət məsuliyyəti daşıyacaq

 
8-07-2022, 14:00            70 dəfə baxılıb
“Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlanıb. Bununla bağlı Cinayət, Mülki, İnzibati Xətalar Məcəlləsində bəzi bəndlərə dəyişikliklər ediləcək”.Əyalətmedia.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, dəyişikliklərlə məişət zorakılığına cinayət nöqteyi-nəzərdən diqqət yetirilib: “Çünki bəzən məişət zorakılığına adi yanaşılır. Bəziləri hesab edir ki, əgər qadın zorakılığa məruz qalırsa bu barədə cinayət işi açmamaq olar. Bu halların aradan qaldırılması istiqamətində qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb”.



Xəbəri paylaş


 
 


Xəbər lenti