“Avrasiya Hospital”da lift qırıldı – Xəsarət alan var
16-12-2024, 11:55
Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib.Hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.
Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb.
Ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır./”Qafqazinfo”
Xəbəri paylaş



























