Bakıda gözəllik salonunda müştərinin başı lazerlə yandırılıb? - "Qara rəngdə olan hər şey lazer şüasını özünə çəkir"
21-01-2025, 11:32 109 dəfə baxılıb
Bakının "Memar Əcəmi" metrostansiyası yaxınlığında fəaliyyət göstərən "Mone" gözəllik salonunda xanım müştərinin başının lazerlə yandırıldığı iddia olunur. Bu barədə sosial şəbəkədə şikayət və fotolar paylaşan müştərinin sözlərinə görə, lazer ustasının diqqətsizliyi nəticəsində onun başı yanıb.
Pravda.az məsələni aydınlaşdırmaq üçün sözügedən gözəllik salonu ilə əlaqə saxlayıb.
Salonun rəhbəri bildirib ki, müştəri başının ortasında saç seyrəkliyi olduğu üçün həmin hissəyə qara toz töküb: "Bildiyimiz kimi, qara rəngdə olan hər şey lazer şüasını özünə çəkir. Tam şəkildə hələ heç nə aydın deyil, buna görə də Zeynəb xanımı klinikaya dəvət edəcəyəm. Həkimlərlə müayinə edib baxacağıq ki, görək doğrudan da yanıb, ya yox. Bundan sonra qərar veriləcək, istəyi nədirsə, olunacaq. Paylaşıma yazılanları oxudum. Təəssüf edirəm, bu cür asıb-kəsmək düzgün deyil. Xanım deyib ki, müdiriyyətlə danışdım. Halbuki mənim heç nədən xəbərim yoxdur. Zərərçəkənin əvəzinə mənimlə jurnalist əlaqə yaradıb. Şikayəti bu halda paylaşmaq olardı ki, mən xanımın istəyinə cavab verməyim, şikayətinə baxmayım. Fotoda paylaşılan əlaqə nömrəsi də mənimdir. Xanım isə paylaşımda yazıb ki, lazer ustasının nömrəsidir. Xanım zərər çəkibsə, təbii ki, araşdırılacaq. Biz qanundankənar iş görmürük. Pos-terminalımız da, kassa sistemimiz də, vergi, reklam ödəmələrimiz də qaydasındadır. Əmək müqaviləsi ilə çalışan işçimiz də var".

Xəbəri paylaş