14 yaşlı Nihadın ölümü vatsap statusu üstündə olub
19-07-2022, 11:20 46 dəfə baxılıb
Ağsuda 14 yaşlı yeniyetməni döyərək öldürən Cabir Müseyibovun məhkəməsi başa çatıb.
Əyalətmedia.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarına əsasən, 14 yaşlı Nihad Məmişovu döyərək öldürən C.Müseyibov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Hadisənin baş verməsinə gəlincə, buna Nihadın vatsapda paylaşdığı status səbəb olub. Belə ki, təqsirləndirilən 17 yaşlı C.Müseyibov ifadəsində qeyd edib ki, o, Nihadın vatsap statusunda qonşuluqda yaşayan qızın baş hərfinin yazıldığı sevgi videosunu görüb. Cabir Nihaddan videonu silməyini, bunu başqa adamların da gördüyünü deyib. Nihad isə cavab olaraq videonu silməyəcəyini bildirib. Nəticədə tərəflər arasında sözlü mübahisə yaranıb.
Mübahisənin davamı olaraq Cabir Nihadı Ağsu rayon Qaraqaşlı kənd qəbristanlığına çağırıb. Görüş zamanı Cabir özündən yaşça kiçik olan Nihadı döyüb və xəstəxanalıq edib. Nihad aldığı xəsarətlərdən 5 gün sonra xəstəxanada vəfat edib.
Cabir isə hadisədən sonra evə gələrək baş verənləri atasına danışıb, daha sonra isə qaçıb. O, bir gün sonra yenidən evə gəlib və bu dəfə atası oğlu ilə birgə polis şöbəsinə yollanıb.
Qeyd edək ki, hadisə ötən ilin iyununda qeydə alınıb.

Xəbəri paylaş