İsmayıllıda yol tikintisində FACİƏ: armaturların altında CAN VERDİ

 
18-02-2025, 20:56            12 dəfə baxılıb
İsmayıllıda yol tikintisi zamanı bədbəxt hadisə olub.
Hadisə Muğanlı-İsmayıllı-Qəbələ yolunun Buynuz kəndindən keçən hissəsində ərazisində baş verib.
“Körpü-Bina-Tikinti” MMC tərəfindən yenidənqurma işləri aparılarkən armaturlar orada işləyən Goranboy rayon sakini 39 yaşlı Rəşad Nadir oğlu Eminovun üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır./Lent.az





Xəbəri paylaş


 
 


Xəbər lenti