"Metak"da qaynaqçı hündürlükdən yıxılıb - TƏFƏRRÜAT

 
19-07-2022, 13:14           
 Bakıda qaynaqçı hündürlükdən yıxılıb.

Əyalətmedia.az APA-ya istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən "Metak" MMC-də baş verib.

Orada qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayev cəmiyyətin sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılıb. O, ağır kəllə-beyin tramvası ilə xəstəxanaya daxil olunub. Hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş


 
 


Xəbər lenti