Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 18 il həbs cəzası verilib
19-07-2022, 13:16 63 dəfə baxılıb
Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
"Əyalətmedia.az"ın xəbərinə görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 23-də Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, S.Sadıqov tanışı Sevinc Cəfərovanı qətlə yetirib.
Daha sonra S.Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş