Çempionlar Liqası: Mahir Emrelinin komandası və "Trabzonspor" uduzub

 
17-08-2022, 13:18            81 dəfə baxılıb
UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib.

Əyalətmedia.az.Az Trend-ə istinadən bildirir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub.

Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib - 2:2.

Cavab qarşılaşmaları avqustun 24-də gerçəkləşəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

16 avqust

23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Amal Pelleqrino, 37

23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1

Qollar: Viktor Klaesson, 9. Lukas Lerager, 48 - Anastasios Bakasetas, 79

23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) - 2:2

Qollar: Antonio Çolak, 40. Tom Lourens, 70 - İbrahim Sanqare, 37. Armando Obispo, 78



Xəbəri paylaş


 
 


Xəbər lenti