“Neftçi”nin istədiyi məşqçi “Şerif”dən ayrıldı

 
8-06-2022, 15:34            77 dəfə baxılıb
Yuri Vernidub Moldovanın “Şerif” komandasının baş məşqçi postunu tərk edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulduğu diqqətə çatdırılıb. “Şerif” ukraynalı mütəxəssisin Tiraspol təmsilçisinin tarixində daim qalacağını açıqlayıb və ona xidmətləri qarşılığında təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Vernidub 2021/22 mövsümündə “Şerif”i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Ukraynalı mütəxəssis “Neftçi”nin baş məşqçi postuna əsas namizədlərdən hesab olunur. Onunla yanaşı, Viktor Qonçarenko da paytaxt təmsilçisini çalışdıra bilər. “Ağ-qaralar”ın yeni baş məşqçi ilə bağlı qərarı bu gün baş tutacaq klubun Müşahidə Şurasının iclasında verməsi gözlənilir.
 



Xəbəri paylaş


 
 


Xəbər lenti