Azərbaycan futbolunda qeyri-adi hal

 
4-07-2022, 15:00            97 dəfə baxılıb
Premyer Liqada növbəti mövsümün hazırlıqlarını davam etdirən “Şamaxı” klubunda qeyri-adi vəziyyət yaranıb.
“Əyalətmedia.az” xəbər verir ki, klubun baş məşqçisi Rüstəm Əliyev ola-ola komandanı təlim-məşq toplanışına Cavid Hüseynov çıxarıb.
Ötən mövsüm “Cəbrayıl”la Regional Liqanın çempionu olan çalışdırıcı müqavilə imzalamadan klubun başına keçib. Klubla 2023-cü ilə qədər müqavilə imzalayan Rüstəm Əliyev isə heç məşqlərə də dəvət almayıb.
Hələlik, Zaur Axundovun istefasından sonra yeni rəhbərliyi bəlli olmayan klubda özbaşınalıq hökm sürməkdə davam edir.
Qeyd edək ki, “Şamaxı” klubu bir neçə gün əvvəl yeni baş məşqçi olaraq Rüstəm Əliyevi açıqlamışdı. Onunla 1 illik müqavilə imzalanmışdı.
 









Xəbəri paylaş


 
 


Xəbər lenti