Azərbaycanın İslamiadadakı hədəfi açıqlanıb

 
15-07-2022, 12:27            60 dəfə baxılıb
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan yığma komandası kifayət qədər böyük heyətlə qatılacaq.
"Əyalətmedia.az"ın məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

O bildirib ki, hazırda İslamiada üçün heyətin formalaşdırılma prosesi davam edir. Hüseynzadə Oyunlara kifayət qədər vaxt qaldığı üçün qısa siyahının müəyyənləşmədiyini söyləyib.
MOK rəsmisi qarşıdakı Oyunlar üçün hədəflərini də açıqlayıb: "Bakıda keçirilmiş əvvəlki Oyunlarda Azərbaycan komanda hesabında birinci yeri tutmuşdu. 2021-ci ildə keçirilməli olan İslamiada bu ilin avqustuna təxirə salınıb. Yenə də qələbə uğrunda mübarizə aparacağıq. Lakin məlumdur ki, IV İslam Həmrəyliyi Oyunlarının yalnız sonuncu günündə biz əsas rəqibimiz Türkiyəni keçə bildik. Burada da əsas rəqibimiz bu komanda olacaq. Ümidvaram ki, Oyunlar maraqlı alınacaq və Azərbaycan idmançıları kifayət qədər uğur qazanacaq. Mən Azərbaycanın ilk "3-lüy"ə daxil olacağını gözləyirəm. Düzdür, proqramda idmançılarımız üçün uğurlu sayılmayan növlər də mövcuddur. Lakin ümidvaram ki, ilk "3-lüy"ə daxil olmaq imkanlarımız var".
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək.



Xəbəri paylaş


 
 


Xəbər lenti