184 min manat vergi borcu olan şirkət kimindir?
4-06-2025, 12:56
"Belurtunes LL” şirkətinin xeyli miqdarda vergi borcu yaranıb. Şirkətin hazırda 184 503,08 manat vergi borcu var. "Belurtunes LL” şirkəti 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır.
Şirkətin qanuni təmsilçisi Hacıyev Əhməd İlham oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
@ Valyuta.az
Xəbəri paylaş



























