Azərbaycan bu il 26 ölkəyə neft ixrac edib - REYTİNQ

 
17-08-2022, 14:00            82 dəfə baxılıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 4 979 226,06 min ABŞ dolları dəyərində 6 679 380,57 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Əyalətmedia.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 1 021 414,64 min dollar dəyərində 1 449 824,24 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 1 028 653,6 min dollar dəyərində 1 236 761,15 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 26 ölkəyə 12 397 710,22 min dollarlıq 16 414 905,12 ton neft ixrac edib.
Azərbaycanın 2022-ci ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin həcminə görə) təqdim edirik:
#ÖlkələrMiqdar, tonMəbləğ, min $
Cəmi16 414 905,1212 397 710,22
1İtaliya6 679 380,574 979 226,06
2İsrail1 449 824,241 021 414,64
3Hindistan1 236 761,151 028 653,6
4Böyük Britaniya926 011,63752 508,07
5Portuqaliya607 944,06428 162,99
6Çexiya600 564,76473 264,43
7İspaniya560 069,44426 066,35
8Xorvatiya544 666,46490 740,3
9Ukrayna506 359,3304 578,84
10Tunis433 281,71326 185,84
11Tailand368 473,28231 496,55
12Almaniya351 003,97258 524,91
13Türkiyə303 996,71170 855,36
14Vyetnam276 344,26247 778,02
15İrlandiya265 248,58203 671,24
16İsveçrə264 864,95232 002,72
17Rumıniya260 163,26189 579,67
18Avstraliya156 418138 977,88
19Tayvan (Çinin əyaləti)138 543,45115 684,58
20Avstriya134 447,290 016,75
21İndoneziya124 597,09105 808,54
22Yunanıstan94 117,8281 101,96
23Belarus84 893,3157 590,07
24Fransa46 300,1343 447,48
25Rusiya628,1371,92
26Gürcüstan1,71,44



Xəbəri paylaş


 
 


Xəbər lenti