“Dənizkənarı Bulvar İdarəsi”nin vergi borcu 2 milyon manatı ötdü VİDEO
9-07-2025, 11:50
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin vergi borcu sürətlə artmaqda davam edir.32gun.az-ın əldə etdiyi rəsmi məlumata görə, qurumun dövlət büdcəsinə olan vergi borcu 2 682 241.53 manat təşkil edir.
Qeyd edək ki, idarənin nizamnamə kapitalı 65 366 207 manat, rəhbəri isə Xanlar Ağalarov Adil oğludur.
Xəbəri paylaş



























