İranın ən böyük avtomobil şirkəti Azərbaycanda RƏQABƏT APARACAQ

 
19-08-2022, 11:39            88 dəfə baxılıb
İranın ən böyük avtomobil istehsalçısı “İran Khodro” Azərbaycan, Oman və İraq kimi bazarlarda rəqabət aparmaq niyyətindədir.
Əyalətmedia.az xəbər verir ki, bunu “İran Khodro”nun vitse-prezidenti Kianuş Purmocib deyib.


O bununla belə əlavə edib ki, həcm baxımından Rusiya da önəmlidir.
Vitse-prezidentin sözlərinə görə, şirkət bu il 500 mindən çox avtomobil istehsal edəcək.
Hazırda “İran Khodro”nun ixrac həcmi ildə 20 min avtomobil təşkil edir. Beləliklə, əlavə 80 min avtomobil çox güman ki, Rusiyaya ixrac ediləcək.
Şirkətin baş direktoru Mehdi Xətibi isə deyib ki, “Iran Khodro” bu ildən etibarən məhsullarını Rusiyaya ixrac etməyə başlayacaq. O, bildirib ki, istehsalçı Rusiya bazarına xüsusi diqqət yetirmək niyyətindədir, eyni zamanda həmin ölkədən olan investorlarla əməkdaşlıq haqqında düşünür.//Report



Xəbəri paylaş


 
 


Xəbər lenti