AMEA-nın tenderini 10 AZN nizamnamə kapitalı olan şirkət necə QAZANDI?

 
4-12-2025, 14:04           
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu elmi-tədqiqat və sınaq xidmətlərinin satın alınması üzrə keçirilən tenderin nəticəsini açıqlayıb.
Əyalətmedia.az xəbər verir ki,satınalma 0,0-dietil ditiofosfat turşusunun metal komplekslərinin model qurğusunun yaradılması üçün optimal parametrlərin müəyyənləşdirilməsi və tədqiqi istiqamətlərini əhatə edir.
Tenderin qalibi “Tələt” firması olub və institutun şirkətlə 314.999,82 manat dəyərində müqavilə imzalayacağı gözlənilir.
Bildirək ki, nizamanamə kapitalı 10 AZN olan “Tələt Firması”nın qanuni təmsilçisi RAFİQ RÜSTƏMOV MEHMAN OĞLUdur./32gun.az /



Xəbəri paylaş


 
 


Xəbər lenti