DİM eyni işi iki ayrı şirkətə niyə verib?

 
16-12-2025, 13:34           
Dövlət İmtahan Mərkəzi (DİM) avtomatlaşdırılmış çap xəttləri üçün sərf materiallarının satın alınması məqsədi ilə tender keçirib.
Tribuna.az bildirir ki, bu müsabiqənin qalibi “OCE SOLUTION” MMC olub.
Satınalma üçün DİM 170 min 368 manat xərcləyəcək.
Maraqlıdır ki, eyni məzmunlu tender elə eyni gündə keçirilib. Lakin ikinci tenderin qalibi başqa şirkət olub. Belə ki, DİM avtomatlaşdırılmış çap xəttləri üçün texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin dəyişdirilməsi xidmətinin satın alınmasını “BAKİNİTY DİSTRİBUTİON” MMC-yə həvalə edib. Həmin tenderin dəyəri isə 677 min 973 min manat olub.



Xəbəri paylaş


 
 


Xəbər lenti