Azərbaycanda 26 illik məşhur şirkət yüksək məbləğdə borca DÜŞDÜ

 
3-03-2026, 15:20           
Yapon, Koreya və Avropa istehsalı olan avtomobillər üçün ehtiyat hissələrinin idxalı, satışı və servis xidməti ilə məşğul olan “Şərq Motors” şirkəti yüksək məbləğdə borca düşüb.
Əyalətmedia.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 282 946 manat borcu olduğu üzə çıxıb.
Qeyd edək ki, 2000-ci ildən fəaliyyət göstərən “Şərq Motors” şirkəti Yaponiya, Cənubi Koreya və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirir.



Xəbəri paylaş


 
 


Xəbər lenti