BMT Azərbaycana 11 milyon dollardan çox dəstək göstərib
5-09-2022, 12:38
“Minalar insanların öz evlərinə qayıtmasına böyük təhlükə yaradır”.“Əyalətmedia.az”ın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum 1999-cu ildən ANAMA ilə güclü əməkdaşlıq edir: “2020-ci ildə başlayan müharibə bitəndən sonra BMT Azərbaycana 11 milyon dollardan çox dəstək göstərib. Müxtəlif ekspertlər cəlb olunub, xüsusi texnikalarla bağlı köməklik edilib. Qarşımızda çox böyük işlər var”.
Xəbəri paylaş



























