Türk lirəsi yenidən “silkələndi” - Dollar bahalaşdı

 
8-06-2022, 15:54            62 dəfə baxılıb

35
Türkiyədə dolların məzənnəsi daha bir psixoloji baryeri aşdı – Artıq bir dolların qiyməti 17 lirəni keçib. Bu, 20 dekabr 2021-ci ildən bəri ən yüksək göstəricidir.
KONKRET.az xəbər verir ki, ötən ilin sonunda Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarını kəskin şəkildə azaltması və tənzimləyici orqanın yüksək inflyasiyaya baxmayaraq faizləri artırmaqdan imtina etməsi nəticəsində dollar 20 türk lirəsinə qədər bahalaşıb. Bundan sonra hökumət yeni maliyyə siyasətinə keçərək, bank əmanətlərini lirə ilə məzənnəyə bağladı və bu, dolların tədricən zəifləməsi ilə nəticələndi və 2022-ci ilin əvvəlinə qədər 13,35 lirəyə düşdü.
Hələ o zaman iqtisadçılar lirədəki əmanətlərin valyuta məzənnələrinə görə indeksləşdirilməsinin effektiv olsa da, eyni zamanda çox riskli siyasət olduğunu müdafiə edirdilər. Türkiyə Mərkəzi Bankı da bunu başa düşdü, dolların kəskin bahalaşmasının qarşısını almaq üçün vaxtaşırı valyuta bazarına müdaxilə etdi.
Lakin may ayından türk lirəsi yenidən ucuzlaşmağa başlayıb və iyun ayına qədər ucuzlaşma 12 faiz təşkil edib. İqtisadçıların fikrincə, əsas səbəb xarici ticarətdə mənfi saldonun davam etməsidir.
Digər tərəfdən, Türkiyə hökuməti milli valyutanın ucuzlaşması fonunda uçot dərəcəsinin aşağı salınması siyasətini davam etdirəcəyini və ixracı stimullaşdırmağa çalışacağını bildirir.
Bir gün əvvəl prezident Ərdoğan hökumətin iclasından sonra “əlverişli məzənnə” ilə xarici ticarətdə müsbət saldo yaratmaq siyasətini davam etdirəcəyini bildirib. Ərdoğan hökumətin uçot dərəcəsini azaltmağa davam edəcəyini də təsdiqləyib.
Amma Ərdoğan uçot dərəcəsinin aşağı salınması siyasətini davam etdirməyə çağırıb
Türkiyə Nazirlər Kabinetinin məqsədi aşağı faizlə ixracyönümlü istehsalı təşviq etməkdir. Lakin dünya bazarlarındakı vəziyyət, neftin və əsas ərzaq məhsullarının kəskin bahalaşması Türkiyənin xarici ticarətdə müsbət saldoya nail olmaq cəhdlərini puça çıxarır. İqtisadçılar bu il Türkiyənin xarici ticarət kəsirinin 40 milyard dollar olacağını proqnozlaşdırırlar.



Xəbəri paylaş


 
 


Xəbər lenti