Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTOLAR

 
12-09-2022, 13:26            72 dəfə baxılıb
Laçın obalarında suvarma suyunun verilişi yaxşılaşdırılıb.
Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, 1990-cı ildə Ağcabədi rayonu ərazisində yaradılan  Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədlə idarə tərəfindən hər il mütəmadi olaraq meliorativ tədbirlər davam edir. Rayonun ümumi ərazisi 31619 hektar, suvarmaya yararlı sahələr isə 18510 hektardır. Ondan 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.  Relyefi  müxtəlif olan rayon Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir. Suyun maneəsiz axınını təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütəmadi olaraq lildən təmizləmə işləri aparılır. 
Laçın Suvarma Sitemləri İdarəsinin balansında kollektor-dren şəbəkələri də mövcuddur. İlkin su yığıcı kanallar 10 km-ə yaxın, qapalı drenlər isə 10 km-dən uzundur. Ümumilikdə rayon üzrə suvarma kanallarının uzunluğu 349 km-dir.  Bundan beton kanallar 18,7 km, boru kəməri 4 km, torpaq kanallar  isə 326 km-dir. Suvarma kanalları üzərində 125 ədəd hidrotexnikiqurğu, 89 ədəd suayrıcılar mövcuddur. 
Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsinin balansında 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vastəsi ilə 53700 m3 su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib. 
Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTOLAR
  • Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTOLAR





Xəbəri paylaş


 
 


Xəbər lenti