"Rusiyadan taxıl idxalını azaltmalıyıq" - DEPUTAT

 
17-06-2022, 14:33            65 dəfə baxılıb
"Ərzaq böhranı ilə bağlı məsələyə Azərbaycan prezidenti də xüsusi diqqət etdi. Buna ciddi yanaşmaq lazımdır".
Əyalətmedia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa danışıb.
Deputat beynəlxalq təşkilatların operativ şəkildə fəaliyyət göstərə bilmədiklərinə diqqət çəkib:
"Ona görə onların qısa zamanda həll yolu tapması qeyri-mümkündür. Biz ərzaq taxılının Rusiyadan alınmasını azaltmalıyıq. İdxal edilən hər bir məhsulun, xüsusilə ərzağın ölkədə istehsalı üçün Azərbaycanın potensialı var".



Xəbəri paylaş


 
 


Xəbər lenti