«Əvvəl manata, sonra yenidən rubla çevir» Banklarda və «Azərpoçt»da - RUBLLA BAĞLI YENİ QADAĞA
21-06-2022, 10:48 63 dəfə baxılıb
Azərbaycandan Rusiyaya rublla pul göndərən şəxslər yeni problemlə üzləşib. "Əyalətmedia.az" FED.az-a istinadən xəbər verir ki, Rusiyaya pul köçürmələri ilə məşğul olan banklar və «Azərpoçt»un şöbələri müştərilərdəki nağd rublu qəbul edərək birbaşa göndərməkdən imtina edirlər.
FED.az-a müraciət edən istifadəçilər bildirir ki, rus rublunu Rusiyaya göndərmək üçün «Azərpoçt»un «Şəbəkə» ofislərinə müraciət etdikdə, onlardan rublu əvvəlcə manata, daha sonra yenidən rubla çevirmək tələb olunur və bildirilir ki, yalnız bundan sonra həmin vəsaiti köçürmək mümkün olacaq.
«Mənim əlimdə 5 min manatlıq rubl var və onu təcili Rusiyaya köçürməliyəm, amma məndən tələb edirlər ki, rublu əvvəl manata, daha sonra yenidn rubla çevirim, yalnız bundan sonra pulu köçürəcəklərini dedilər» - deyə «Şəbəkə» poçt ofislərində pulu göndərə bilməyən vətəndaş FED.az-a müraciətində bildirir.
Eyni halla digər vətəndaş «BTB Bank»da qarşılaşıb: «Bizə dedilər ki, bizim bankdakı məzənnəyə uyğun olaraq pulu dəyişəcəksən, yalnız bundan sonra köçürmək olar». Hər iki halda müştərinin pulu «Zolotaya korona» sistemi ilə göndərməsi baş tutmayıb.
İlk baxışdan bu əməliyyat bir neçə dəqiqəli prosedur kimi görünə bilər, amma problem ondadır ki, bankda və «Azərpoçt»da tələb olunan əməliyat aparılanda məzənnə fərqinə görə, müştəri pulunun bir hissəsini itirməli olur.
Belə ki, hazırda başqa valyutalardan, məsələn ABŞ dollarından fərqli olaraq rus rublunun alış-satış qiymətləri arasında böyük fərq var. Məsələn, alış qiyməti 2,2 qəpik olan rublun satış qiyməti 3 qəpik ətrafındadır. Nəticədə rublu manata, daha sonra isə yenidən rubla çevirmək müştərinin vəsaitinin itirilməsinə səbəb olur.
Məsələn, şəxs Rusiyaya 5 min manatlıq rubl göndərmək istəyir. Rublun məzənnəsini ortalama 0,026 manat götürəndə bu 192 min rubl edir. Yəni vətəndaş bu məbləğdə rubl göndərmək istəyir. Amma «Azərpoçt» və bankların tələbi ilə bu məbləği əvvəl manata (0,022 manat məzənnə ilə), daha sonra isə yenidən rubla (0,030 manat məzənnə ilə) çevirəndə həmin məbləğ əvvəlcə 4 230 manata, daha sonra isə 141 min rubla enir.
Nəticədə 192 min rubl göndərmək istəyən şəxs 141 min rubl göndərə bilir. Bu isə təqribən 1326 manat itki deməkdir.
Başqa sözlə, bankların və «Azərpoçt»un tələb etdiyi sxemlə hərəkət edəndə 5 min manatlıq vəsaitin 1300 manatı bu əməliyyatlarda itirilir.
Maraqlıdır ki, «Azərpoçt» bölmələrində və banklarda bununla bağlı göstərişin şifahi verildiyi bildirilib. «Azərpoçt» ümumiyyətlə bildirib ki, baş verənlər Rusiya-Ukrayna müharibəsi ilə bağlıdlır. Bununla əlaqədar olaraq köçürmələrdə çətinlik var, ona görə də rublla nağd deyil, onlayn əməliyyatlara üstünlük verilir.
Yerli banklardan FED.az-a bildirilib ki, bu tələbin səbəbi rublun məzənnəsi ilə bağlı qeyri-müəyyənliyin qalmasıdır. Ona gönrə də banklar nağd rublu qəbul etmək istəmir, əvəzində manat qəbul edib onu rubl kimi göndərməyə üstünlük verirlər.
0

Xəbəri paylaş