Qeyri-neft ixracatının ümumi ixracatda payı hələ də yüksək deyil – Deputat

 
13-09-2023, 11:49            127 dəfə baxılıb
“Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
İqtisadçı qeyd edib ki, qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada yer alıb: “Bu, mövsumi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimizlə bağlıdır. Qeyri-neft ixracatında 27.7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyəinin növbəti aylarda payının daha da artacağı gözlənilir. Bütövlükdə gözlənilir ki, növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyə Azərbaycanın əsas tərəfdaşı olacaq. Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9.9, İsveçrə 4.1, Qazaxıstan isə 3.3 faizini alır”.
Vüqar Bayramov sözügedən dövrdə ümumi ixracatın həcminin 16 milyard 776 milyon dollar olduğunu da vurğulayıb:
“Göründüyü kimi, qeyri-neft ixracatının həcminin artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır”.





Xəbəri paylaş


 
 


Xəbər lenti