Sahibkarın başına belə oyun açdılar... - GİLEY

 
23-10-2023, 11:57            104 dəfə baxılıb
Tərtər rayon qaraqoyunlu kənd sakini sahibkar Zəfər Zeynalov bildirir ki, o, tərtər rayonunda yanacaqdoldurma məntəqəsinin sahibidir. 2020-ci ildə tanışı Nazim adlı şəxsin vasitəçiliyi ilə Yusif Cəbrayılov adlı şəxsə yanacaq verilməsi ilə bağlı müqavilə bağlayıb və ondan yanacaq alıb.
Bundan sonra həmin yanacağı alan şəxsin şikayətçiyə külli miqdarda borcu yaranıb bir qismini ödəsə də 16 min manat borcu qalıb. Vətəndaş qalıq pulunu istədikdə isə Ucar rayon sakini Ulu Nəbiyev adlı şəxs ona zəng edərək nazirliklərin birində şöbə müdiri və milli məclisində xalası qızı olduğu ilə hədə-qorxu gəlib. Şikayətçi buna dair əlində səs yazısı olduğunu qeyd edərək, kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə və aidiyyatı qurumlara müraciət edərək məsələylə bağlı tədbir görülməsini xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:







Xəbəri paylaş


 
 


Xəbər lenti