Türkiyə Azərbaycanla yeni qaz kəmərinin nə zaman istismara veriləcəyini açıqlayıb
15-05-2024, 11:52 152 dəfə baxılıb
Bu qış təbii qazın Türkiyə ərazisi (İğdır-Naxçıvan boru kəməri) vasitəsilə Naxçıvan Muxtar Respublikasına nəql olunacağı gözlənilir.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda Türkiyə və Azərbaycan arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişinin imzalanma mərasimində deyib.
“Ümid edirəm ki, bu qış təbii qaz Türkiyə ərazisi vasitəsilə Naxçıvana tədarük olunacaq. Bu boru kəmərini mümkün qədər tez bir zamanda işə salmağı planlaşdırırıq”, – nazir deyib.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 15 dekabr 2020-ci il tarixində İğdır-Naxçıvan qaz kəməri üzrə Anlaşma Memorandumu imzalayıb.
Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən icra olunacaq.
İğdır-Naxçıvan kəməri təkcə Naxçıvanın qaz təchizatını şaxələndirməyə imkan verməyəcək, həm də onun bir mənbədən asılılığını aradan qaldıracaq. Layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasına daxil edilib.
İğdırdan Sədərək rayonuna qədər olan boru kəmərinin uzunluğu 97,5 kilometr, o cümlədən Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri sutkada 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz nəql etmək gücündədir. Bununla Naxçıvanın qaza olan ehtiyacı tam qarşılanacaq.
Gələcəkdə boru kəmərinin gücü iki dəfədən çox artırıla bilər.
2023-cü il sentyabrın 25-də qaz kəmərinin təməlqoyma mərasimi olub.

Xəbəri paylaş