"Azəripək"də direktor dəyişib

 
5-07-2022, 13:19            72 dəfə baxılıb
"Azərbaycan Sənaye Korporasiyası" ASC-ə (ASK) məxsus "Azəripək" MMC-nin direktoru Zaur Yaqubov işdən çıxıb.
"Əyalətmedia.az" xəbər verir ki, şirkətə rəhbərlik Səməd Nəbiyevə həvalə edilib

O, bundan əvvəl ASK-ya məxsus "ASK Şüşə" MMC-nin direktoru vəzifəsində çalışıb.
“Azəripək” 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 11 546 479,17 manat olan şirkətin tərkibindəki istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir.



Xəbəri paylaş


 
 


Xəbər lenti