Azərbaycanın builki icmal büdcəsində 4 milyard manata yaxın qalıq yaranıb

 
5-07-2022, 14:45            77 dəfə baxılıb
Bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 18 149,7 milyon manat, xərcləri isə 14 343 milyon manat təşkil edib.
“Əyalətmedia.az” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,4% və 12,5% çoxdur.
Son nəticədə icmal büdcədə 3 806,7 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 47,7% çoxdur.



Xəbəri paylaş


 
 


Xəbər lenti