Çarçarovlar çoxsaylı şirkətlər təsis edib qısa müddətdə tenderlərdə qalib olublar
19-09-2024, 12:42 145 dəfə baxılıb
Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzi “Asrol LL 2024” MMC və “Avsom 2024” MMC adlı şirkətlərlə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə “Asrol LL 2024” MMC Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin sifarişi əsasında bu quruma mətbəə malları, “Avsom 2024” MMC isə digər mallar satacaqlar və şirkətlərin hər biri 5 min manat alacaqlar.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan hər iki şirkət bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. “Asrol LL 2024” MMC-nin qanuni təmsilçisi Çarçarov Elnur Rafiq oğludur. “Avsom 2024” MMC-nin qanuni təmsilçisi isə Çarçarova Aynur Rafiq qızıdır.
Onu da bildirək ki, barələrində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətlərdən başqa eyni tarixlərdə, fərqli ünvanlarda Elnur Çarçarov və Aynur Çarçarovanın qanuni təmsilçi olduğu çoxsaylı şirkətlər təsisi olunub.
Çarçarovların qanuni təmsilçi olduğu şirkətlərdən bəziləri bunlardır:
"Asrol LL 2024" MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
"Safmeren LN 2024" MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu;
"Zanbar RR" MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
"Samares LM" MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu;
“Avsom 2024” MMC (VÖEN: 1506753401) – Çarçarova Aynur Rafiq qızı;
"Ayazen 2024" MMC (VÖEN: 1506750191) – Çarçarova Aynur Rafiq qızı;
"Azeforn RN" MMC (VÖEN: 1506750061) – Çarçarova Aynur Rafiq qızı;
"Simoder LM" MMC (VÖEN: 1506749951) – Çarçarova Aynur Rafiq qızı;
"Kanera AS" MMC (VÖEN: 1506721421) – Çarçarova Aynur Rafiq qızı.
Xəbəri paylaş