TƏBİB-in dostu 40-a yaxın tenderin qalibi olub – Araşdırma

 
1-10-2024, 12:31            115 dəfə baxılıb
TƏBİB-in balansında olan iki xəstəxana elan etdiyi tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, onlardan biri Fizulu rayon Mərkəzi Xəstəxanasıdır.
Bu qurum müxtəlif çeşiddə mal-material və inventarların satın alınması üçün “VEST SUPPLY” MMC ilə 37.819 manatlıq satınalma müqaviləsi bağlayıb.
İkinci tender isə Masallı Mərkəzi Xəstəxanası tərəfindən reallaşdırılıb. Belə ki, TƏBİB-in tabeliyində olan səhiyyə ocağı yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması məqsədi ilə eyni şirkətlə, yəni “VEST SUPPLY” MMC ilə 24.349,3 manatlıq müqavilə imzalayıb.
Qeyd edək ki, “VEST SUPPLY” MMC TƏBİB-lə yanaşı, Səhiyyə Nazirliyinin də sevimli şirkətlərindədir. Bunu sözügedən şirkətin TƏBİB-in tabeliyində olan xəstəxanaların keçirdiyi tenderlərin siyahılsından da aydın görmək olar. Belə ki, MMC 2021-ci ildən 2023-cü ilə qədər TƏBİB-in keçidriyi 30 tenderin qalibi olub ki, bu zaman 1.5 milyon manatlıq satınalma müqaviləsi imzalayıb.
Nəzərinəz çatdıraq ki, həmin tenderlərdən biri ötən ilin sonlarında reallaşıb. Sözügedən şirkət Bakı Baş Səhiyyə Mərkəzinin tenderinin də qalibi olub. Həmin vaxt MMC Bakı Baş Səhiyyə Mərkəzinə 699 min 985 manat 44 qəpiklik yumşaq inventarlar (döşək ağı, balış üzü ağ, kişi xəstə kastyumu, qadın xəstə kastyumu, balış, döşək qoruyucu və s.) satıb.
Tribunainfo.az-ın araşdırmalarına görə, “Vest Supply” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-də yerləşir. Bir çox mənbələrdə aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, bu şirkətə bir yox, bir neçə nəfər rəhbərlik edib. Belə ki, ilk olaraq “Azmed Tekstil” MMC kimi qeydiyata alınan şirkət sonradan “Vest Suply” adını alıb. Bu zaman zaman qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub. Daha sonra şirkətə Eyvazlı Hatəm Pərviz oğlu, Hacıyev Sahib Xamid oğlu, Adışirinli Aslan Xəqani oğlu, Ramazanov Murad Məhəmmədrəsuloviç rəhbərlik ediblər. Hazırda isə “Vest Supply” MMC-nin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızıdır.
Tribunainfo.az xəbər verir ki, şirkətə rəhbərlik etmiş şəxslərdən yalnız Eyvazlı Hatəm Pərviz oğlu barədə məlumat mövcuddur. Hatəm Eyvazlının şəxsi hesabında paylaşdığı məlumatdan belə görünür ki, “Vest Suplly” MMC-yə rəhbərlik etmiş bu şəxsin böyük iş təcrübəsi yoxdur. 2018-ci ildə universitetdən məzun olan Hatəm Eyvazlı cəmi 3 il sonra “Azmed Tekstil” MMC-yə rəhbərlik etməyə başlayıb. Şirkət dövlət qurumlarının keçirdiyi tender müsabiqələrini də əsasən Hatəm Eyvazlının rəhbərliyi dövründə udub.








Xəbəri paylaş


 
 


Xəbər lenti