Dövlət idarəsi 3 il əvvəl görülən iş üçün indi tender keçirir? – Müəmma
11-10-2024, 11:23 122 dəfə baxılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tender müsabiqəsi (Kotirovka sorğusu) elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Dövlət Radiotezliklər İdarəsinin veb saytının hazırlanması ilə bağlıdır.
Bildirilir ki, görüləcək işlərə veb saytın (dri.az) hazırlanması (Texniki tapşırığa uyğun olaraq tələblərin öyrənilməsi, dizayn edilməsi, mokapların hazırlanması, təhvil verilməsi) və 1 illik texniki dəstəyin verilməsi daxildir.
Dövlət Radiotezliklər İdarəsi qeyd olunan işlərin ehtimal olunan qiymətini 20 min 252 manat həddində müəyyən edib.
Məlumat üçün onu da qeyd edək ki, Dövlət Radiotezliklər İdarəsinə məxsus “dri.az” saytı 3 il əvvəl – 2021-ci ilin dekabr ayında istifadəyə verilib.
Xəbəri paylaş